Manşet

Ermənilərin xofu getdikcə böyüyür: “İrəvanı da verəcəklər”

Ermənilərin xofu getdikcə böyüyür: “İrəvanı da verəcəklər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanı Türkiyənin bir vilayətinə çevrilməsinə aparırıq”.

7times.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Nikol Paşinyan hakimiyyətdə qalsa, sabah İrəvanı təslim etməyəcəyinə əmin deyilik. İmzalanmış bəyanatdan xəbərsiz olduğunu bəyan edən ölkə prezidentinə necə dözə bilərik?”, – Baqratyan bildirib.

O, Paşinyanı Şuşa və Hadrutu planlı şəkildə Azərbaycana təhvil verməkdə ittiham edib.

Baqratyan polisə müraciət edərək, İrəvanda hakimiyyətə qarşı başlayan aksiyalara qoşulmağa çağırıb.

Əlavə edək ki, İrəvanda hakimiyyət əleyhinə aksiyalar başlayıb. Etirazçılar Nikol Paşinyanı xəyanətdə ittiham edirlər.teleqraf.com