“Ermənistan bizim 86.600 km2 ərazimizi tanımayınca, biz də Ermənistanın 29.743 km2 ərazisini tanımayacağıq”.
7Times.az bildirir ki, bunu deputat Tahir Mirkişili deyib. O, hazırda Ermənistan nəzarətində 125 km2-ə yaxın ərazimizin qaldığını xatırladıb:
“Tanınmayan sərhədlərdə kimin hansı ərazidə dayanması artıq texniki məsələdir, beynəlxalq qanunlara heç bir aidiyyatı yoxdur. Beləliklə, iki ölkə arasında sülh müqaviləsi imzalanmayana, sərhədlər müəyyən edilməyənə qədər Ermənistan adlanan torpaqlar bizim ərazi sayıla bilər. Çünki o ərazilərdə daim azərbaycanlılar yaşayıb”.
Millət vəkili qeyd edib ki, ermənilər tarixi seçim qarşısındadırlar:
“Olum ya ölüm. Azərbaycan sülh, ləyaqətli həyat və qarşılıqlı hörmətin hökm sürdüyü bir Qafqaz istəyir və onu dizayn etməkdədir”.
Follow @7timesaz