Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etməməsi qurumun effektivliyinə heç bir şəkildə təsir göstərmir.
7Times.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bugünkü mətbuat konfransında deyib.
Onun Ermənistanın təşkilatda müzakirə olunan məsələlərdə iştirak etməməsi işin səmərəliliyinə təsir göstərmir.
“İstənilən halda biz ondan çıxış edirik ki, Ermənistan Respublikası bizim müttəfiqimizdir və Ermənistan qarşısında bütün öhdəliklərimizə əməl olunur. Ermənistan Respublikası istənilən vaxt təşkilatın işində tam iştiraka qayıda bilər. KTMT üzvləri tərəfindən heç bir etiraz və maneə yoxdur.
Ümid edirik ki, müəyyən müddətdən sonra Ermənistan Respublikası bizim təşkilatın işinə qoşulacaq”, – deyə İmanqali Tasmaqambetov bildirib.
Xatırladaq ki, Ermənistan 2024-cü il fevralın 23-dən KTMT-də iştirakını dayandırıb.
Modern.az
Follow @7timesaz