Dünya

Ermənistan parlamentinin sədri Rusiyanı ittiham etdi  “Ermənistanın öz maraqları var…”

Ermənistan parlamentinin sədri Rusiyanı ittiham etdi – “Ermənistanın öz maraqları var…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva Qərbin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”.

“Report” “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənistan parlementinin sədri Alen Simonyan deyib.

O bildirib ki, rəsmi Moskvanın proseslərdə müəyyən rolu var və bunu danmaq olmaz: “Çünki bölgədə Rusiya sülhməramlıları var. Buna baxmayaraq, Rusiyanın reaksiyaları lazım olduğundan daha emosionaldır”.

A.Simonyan hesab edir ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır: “Moskva durumu başa düşməlidir. Ermənistanın öz maraqları var. Bu maraqlar kiminsə istəklərindən asılı olmayaraq, həyata keçirilməlidir”.