Aktual

Ermənistan Qarabağdan birdəfəlik İMTİNA EDİR – Azərbaycanın bütün şərtləri QƏBUL EDİLDİ

Ermənistan Qarabağdan birdəfəlik İMTİNA EDİR – Azərbaycanın bütün şərtləri QƏBUL EDİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gedişat onu göstərir ki, Ermənistan artıq Azərbaycanın irəli sürdüyü şərtlərin hər birini qəbul edib”. 

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Paşinyan başa düşdü ki, Azərbaycanın hücum diplomatiyası qarşısında davam gətirə bilməyəcək:

“Dünən parlamentdəki çıxışında da gördük ki, Paşinyan “hüquqi məsələ” adı altında öz cəmiyyətinə yönəlik informasiya spekulyasiyası edir. Amma bir növ, öz cəmiyyətinə bu fikri təlqin etməyə çalışır ki, guya Azərbaycanın bütün şərtlərini qəbul etməyib. Yəni sözdə Qarabağ ermənilərinin taleyinin hələ də onu qayğılandırdığını və bu məsələni diqqətdə saxlayacağını izah etməyə çalışır. Reallıqda isə artıq Azərbaycanın bütün şərtləri rəsmi İrəvan tərəfindən qəbul olunub.

Paşinyan başa düşdü ki, Azərbaycanın hücum diplomatiyası qarşısında davam gətirə bilməyəcək. Brüssel görüşünün nəticələri onu göstərdi ki, Ermənistanın artıq başqa çıxış yolu qalmayıb. Qlobal güc mərkəzləri Azərbaycanın yaratmış olduğu yeni reallıqları qəbul edir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının yeganə formulu rəsmi Bakının təqdim etdiyi prinsiplərin yerinə yetirilməsidir.

Bu prinsiplər yekun sülh sazişi üçün baza prinsipləri mahiyyətini daşıyacaq. Yəni bundan sonrakı danışıqlar prosesi Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında aparılacaq. Burada ən vacib məqam isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməsidir”.