Manşet

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu – RƏSMİ

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Bu barədə 7times.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – nazirlikdən bildirilib.