Manşet

Ermənistanda “Artsax” deyən hər kəsi həbs gözləyir

Ermənistanda “Artsax” deyən hər kəsi həbs gözləyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda yaranmış vəziyyəti, bütün sistemlərdə gedən prosesləri bütöv görə bilmək üçün insan hərtərəfli məlumata və analitik təfəkkürə malik olmalı deyil. Dövlət idarəçiliyində, iqtisadiyyatda, mədəniyyətdə, xarici siyasətdə, təhsildə, idmanda, məhkəmə-hüquq sistemində, yerli özünüidarəetmədə və digər sistemlərdə yaranmış böhranı hərtərəfli dərk etmək çox asandır. 

Bu barədə bəzi faktları sadalamaq yerinə düşərdi: İstehlak qiymətləri artır, insanların gəlirləri artmır, dolların məzənnəsinin aşağı düşməsi səbəbindən xaricdən gələn pul köçürmələrinin dəyəri durmadan azalır. Hətta belə bir situasiyada ermənilərin psixoloji olaraq Qarabağa getmək arzuları da ürəklərində əbədi qalıb.

Paşinyanın “təmizləmə siyasəti”

Ermənistanla Qarabağ erməniləri arasındakı iplər isə gün keçdikcə daha da qopur. Belə ki, Ermənistan Milli Məclisinin 2 deputatı – Eduard Ağacanyan və Armen Gevorqyanın Türkiyənin İzmir şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin işində iştirakı üçün bu ölkəyə yollanmasından sonra qondarma rejimin eks “müdafiə naziri” Mikael Arzumanyan “təsadüfi şəkildə” Ermənistan İstintaq Komitəsi tərəfindən həbs olunub.

Arzumanyanın həbs edilməsinin pərdərarxası məqamı kimi erməni KİV-ləri fakt olaraq bunu göstəriblər ki, o, sentyabrın 2-də qondarma rejimin “müstəqillik günü”ndə Xankəndidə keçirilməsi planlaşdırılan mitinqə gəlirdi; gələ bilmədi. “Təmizləmə siyasəti”nin növbəti qurbanı isə Arzumanyan oldu.

Paşinyan Qarabağ ermənilərinə savaş açıb

“Qisas” əməliyyatından sonra Ermənistanda baş verən hadisələr, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın nəzarətinə verilməsi, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsindəki tutdurduğu inadçı mövqedən bir az da olsa əl çəkməsi onu göstərir ki, erməni nazir artıq Azərbaycan və Türkiyə ilə kompromisə getməyə hazırdır. Lakin daxildə onun hakimiyyətinə təhlükə törədə bilən hər kəsi isə bir göz qırpımında məhv etməyə hazır olduğunu da bəyan edib. Hətta Qarabağ ermənilərini belə.

Elə Paşinyanın özü bu saat qarşıdan gələn 25 sentyabr yerli özünüidarəetmə orqanları seçkilərinə hazırlaşır. Ölkəni içdən fəth etməyə çalışan “Vətəndaş müqaviləsi” üzvləri indi özlərinə müxalif olan hər kəsə qarşı böyük bir savaş açıblar. Bunlardan başlıcası da elə Qarabağ ermənilərinin özüdür. Çünki erməni cəmiyyətində Qarabağ “qaçqınları” artıq lağ obyekti kimi qəbul edilir, kimsə onlara yer vermək istəmir və şurtvats adlandırdıqları Qarabağ erməniləri “lənətlənmişlər” sırasındadır. “Lənətlənmişlər”in isə bu dünyada yeri yoxdur.

Xaos ortamındakı irriasional düşüncə

Belə bir xaos ortamındakı irrasional düşüncə isə tez-tez erməni cəmiyyətində özünü büruzə verir. Duyğuların təsiri altında yaşla quruyu qarışdıran erməni müxalifəti isə reallıq hissini çoxdan itirib.

“Artsax” arzusuyla alışıb yanan, hamını günahlandırmağa, fantastik istəklər bildirməyə, qaranlıq otaqda qara pişik axtarmağa başlayan ermənilərin bəziləri isə hələ də həqiqəti anlamırlar. Lakin belə bir şəraitdə balanslı və qərəzsiz olmaq atılan ən uyğun addımlardan biri olardı. Hansı ki, gerçəyi görmək üçün gözlərindəki eynəyi çıxaranlar da az deyil…(Yenisabah)