Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən İrəvanda “Müqavimət” hərəkatının iştirakçıları itaətsizlik aksiyası keçirir.
“Unikal” mamul.am-a istinadən xəbər verir ki, müxtəlif yerlərdə baş qaldıran aksiyanı yatırtmaq üçün ərazilərə çox sayda polis qüvvələri sövq edilib.
Bununla yanaşı yerli KİV etirazçılarla polis arasında yaranmış gərginlik zamanı gülməli halların görüntülərini yayıb.
Belə ki, yayılan bir görüntüdə saxlanılan müxalifətçi polisin ayağını buraxmayıb. Görüntü qısa zamanda sosial istifadəçilərin gülüş obyektinə çevrilib.