Manşet

“Ermənistanın heç bir liderini belə sərhədsiz və amansız alçaltmayıblar…” – Arpine Ovannisyan

“Ermənistanın heç bir liderini belə sərhədsiz və amansız alçaltmayıblar…” – Arpine Ovannisyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Doğrudanmı kimsə bu siyasi cəsədin məhbus məsələsini həll edə biləcəyini düşünürdü?”.

7times.az xəbər verir ki, “Hüquq Təhsili və Nəzarəti” ictimai təşkilatının rəhbəri, Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan Facebook səhifəsində bu gün Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan üçtərəfli danışıqlara toxunub:

“Döğrudanmı kimsə bu siyasi cəsədin əsir məsələsini həll edə biləcəyini düşünürdü? Ciddisinizmi? İki həftə əvvəl, qardaşımın əsir tutulduğu iddia edilən bir şəraitdə (çoxsaylı dəlillər də var) dedim ki, Ermənistanı bu təmsil edəcəksə, bu məsələ həll edilə bilməz. Bunu etmək istəmədiyi üçün deyil, edə bilmədiyi üçün həll edə bilməz. O bunu edə bilməz, çünki o, türk tərəfindən və türk qarşısında alçaldılır. Ermənistanın heç bir liderini belə alçaltmayıblar. Belə sərhədsiz və amansız.

İstəsə də, istəməsəniz də, onu sevsəniz də, sevməsəniz də, o, Ermənistanın mənafeyindən irəli gələn hər hansı bir məsələ kimi bu məsələni həll edə bilmir. Əliyev onu istədiyi və bacardığı kimi alçaldır. Əlnindən gələni edir. Sadə bir insan həqiqətini deyirəm. Çətin və acı olsa da, qəbul etməyi öyrənin. Lakin barışmayın”.  /Moderator.az