Ölkə

Ermənistanın təbliğat maşını özünü ifşa etdi: Təxribatı İrəvanın törətdiyi ortadadır – FOTO

Ermənistanın təbliğat maşını özünü ifşa etdi: Təxribatı İrəvanın törətdiyi ortadadır – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatı və sosial şəbəkələri erməni silahlı bölmələrinin bu gün Laçın istiqamətində şərti sərhəddə törətdiyi təxribatla bağlı ziddiyyətli məlumatlar yayır.

7Times.az  APA-ya istinadən xəbər verir ki, erməni təbliğat ruporu bununla haqsız olduqlarını özləri ortaya qoyur.

Ermənistan mediası və sosial şəbəkələrinin erməni seqmenti təxribatla bağlı yaydığı ilk məlumatda Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı yer alıb.

Bildirilib ki, həmin vaxt guya azərbaycanlı hərbçilər danışıqlar üçün gələn erməni hərbçilərə atəş açıblar. Nəticədə atışma baş verib, ölən və yaralananlar olub həmçinin Gözəlyan da yaralanıb.

Bundan az sonra isə erməni təbliğat maşını növbəti məlumatı uydurub.

Erməni mənbələrinin həmin məlumatında isə Azərbaycan hərbçilərinin ermənilərlə danışıqlar aparmaq üçün şərti sərhəddə mühəndis-istehkam işləri aparılan əraziyə gələrək atəş açdığı qeyd olunur. Eyni mənbənin yaydığı iki məlumatın bir-birinə zidd olması onu göstərir ki, Ermənistan mediası yalan tirajlamaqla məşğuldur. Məqsəd baş vermiş təxribata görə məsuliyyəti üzərindən atmaqdır.

Lakin təkcə elə bu ziddiyyətli məlumatların yayılması təxribatın məhz Ermənistan tərəfindən törədildiyini, Azərbaycan Ordusunun isə buna adekvat cavab verdiyini göstərir.

Azərbaycan Ordusunun baş vermiş təxribatla heç bir əlaqəsi olmadığı açıq-aydın görünür.
Bu hadisə isə həm də erməni mediasının yalan maşınının hələ də işlək olduğuna işarədir.