Bu il Azərbaycanda ərzaq qiymətlərində artımın güclənməsi dinamikası davam edir.
Sfera.az bildirir k, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yanvarda qida malları 17,5 faiz artdığı halda, mayda 21 faiz, iyunda 21,3 faiz artıb.
Qida mallarının kəskin şəkildə bahalaşması ölkəmizdə ümumi qiymət artımlarına da təsir edir. Ərzaq mallarının bahalaşma sürətinin artması hesabına mal və xidmətlərdə ümumi qiymət artımı 14,2 faizə yüksəlib.
Dövrü qiymətlərdə də artım böyükdür. Bu ilin yanvar-iyun dövründə bahalaşma əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artıb.
İyunda ərzaq mallarının qiyməti may ayı ilə müqayisədə isə azalıb. Ötən ay qida mallarının 1,2 faiz ucuzlaşdığı müəyyənləşib.
Qida mallarının ucuzlaşmasının səbəbi tərəvəzlərin dəyərinin kəskin enməsi ilə bağlıdır. İyunda tərəvəzlərin qiymət səviyyəsi 13,8 faiz düşüb. Amma digər ərzaq malları bahalaşıb. Daha çox bahalaşma yumurtada (8,8 faiz) baş verib.
Follow @7timesaz