Ölkə

Ərzaq məhsullarının ƏDV-si 18-dən 2 faizə endirilməlidir Ekspert rəyi

Ərzaq məhsullarının ƏDV-si 18-dən 2 faizə endirilməlidir – Ekspert rəyibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“2022-ci ilin yanvar-oktyabr, yəni ilin ilk 10 ayında ölkəyə 33.806 ton ət məhsulları idxal edilib, bir kq ətin idxal qiyməti 3 manat 6 qəpik olub. Eyni dövrdə ölkəyə 15. 494 ton kərə yağı idxal olunub ki, bir kq kərə yağının idaxl qiyməti 9 manat 69 qəpik təşkil edib”.
 
Bunu “7Times.az”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, ət və ət məhsullarının, kərə yağının pərakəndə satışda çox yüksək qiymətlərlə satılmasının əsas səbəbləri korrupsiya, inhisarçılıqla yanaşı, məhz 18%-lik ƏDV-dir: “Aylardır ki, təklif vermişik, amma hökumət müzakirəyə belə çıxartmaq istəmir, çünki deməyə sözü, əks-arqumenti yoxdur – pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalıdır, 18%-dən 2%-ə endirilməlidir, bu qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq”.
İqtisadçı ekspert vurğulayıb ki, inflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görməzdən gəlməklə məşğuldur: “Ölkədə 30 ildə normal iqtisadi institutlar, sistem də qura bilməyiblər ki, inflyasiya ilə, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün olsun. Bizdə Mərkəzi Bankın uçot dərəcəsi formal, mənasız bir alətdir. Çünki Mərkəzi Bankın özü formal, hökumətdən asılı qurumdur. Halbuki, Mərkəzi Bank dövlət qurumu olmalı, müstəqil siyasət yeritməlidir. Amma bu Mərkəzi Bankın da günahı deyil – ümumi sitem zay olandan sonra Mərkəzi Bank nə edə bilər ki?!”.