Onun bir ayaması “siyasi təlxək” olsa da siyasi baxışları ziddiyətlə dolu idi. O, “Böyük Rusiya” istilasının alovlu tərəfdarı, populist antiqərbçi idi. O, yəhudi idi və eyni zamanda antisemit idi. Bəzən qadınların ünvanına nifrət saçsa da qadın elektoratın sevimlisi adlanırdı. Bəziləri onu məsxərəyə qoyub gülür, ona nifrət edir, bəziləri isə ona heyran qalırdı. Onun haqda çoxlu şaiyələr gəzdi, anekdotlar yarandı.
Aşağıdakı ifadələr Jirinovskinin ayrı-ayrı vaxtlarda söylədiyi çıxışlarından götürülmüş nümunələrdi. Bu fikirlər onun ziddiyətli şəxsiyətini xarakterizə etmək baxımından maraq doğurur.
RUSİYA HAQDA
*Rus xalqı yeniliyə, müasirliyə öyrəşməyib. Onlar icma halında, kilsə birliyində yaşamağa alışıblar. Budur əbədi rus arxetipi.
*Himni bərpa edin, bütün ölkə deyəcək, bizə maaş lazım deyil!
*Mən arzu edirəm rus əsgərləri öz ayaqlarını Hind okeanının ilıq sularında yusunlar. Həm də qoy, orada istirahət bazaları, gənclər düşərgələri, sanatoriyalar, dispanserlər olsun!
*Dəyməyin, qoyun, xalqımız siqaret çəksin! Hamılıqca hər gün siqaret çəkmək və içki içmək intihardan qurtuluşun yeganə yoludur! Siqaret çəkməyi dayandırsalar hamı özünü asar!
*Bə, niyə gülmürsünüz? Gülməli deyil? Başa düşmürsünüz, hə? Bəli, bura Rusiyadır!
ÖZÜ HAQDA
*Mən Rusiyanın ən kasıb deputatıyam.
*Əsgərlikdə çeçenlərə kim corab yumayıb ki?! Şəxsən mən yumuşam.
*Səddam Hüseyn mənə bir dinar da vermədi. Versəydim, alardım.
*Bütün seçkilərdə iştirak edəcəm, ölənə qədər! Öləndən sonra da qəbristandan namizədliyimi irəli sürəcəm və ordan işarələr verəcəm ki, burdayam, burda uzanmışam!
*Məndən soruşurlar, “Mercedes-Maybach”ı hardan almısan? Hardan alacam? Almaniyadan!
*Mən necə varamsa, elə də varam. Bu mənim gözəlliyimdir.
*Mənim əllərim bu saat tərtəmizdir, ancaq prezident olsam, onlar mütləq qana batacaq.
QADINLAR HAQDA
*Qadının işi budur: evdə oturmalı, ağlamalı, corab toxumalı və yemək bişirməlidir!
*Ey qadınlar, bütün kişilər sizə nifrət edir, çünki siz həmişə kişinin inkişafına mane olursunuz! Kişiyə lazım olanda isə yoxa çıxırsınız. Ancaq kişilər sizi pulu ilə, vəzifəsi ilə alır. Kişi həm də sizin tənhalıq qorxunuza, uşaqla tək qalmaq qorxunuza şərik çıxır.
*Ana oğluna hər şeyi öyrədə bilməz, çünki onun özü heç vaxt oğlan olmayıb!
*Oğlanlar arasındakı münasibətdən uşaq doğulmur, lakin bu, erotik mədəniyyətin bir hissəsidir.
*Oğlanlar və gənc qızlar arasında olan münasibətləri də tərbiyəvi proseslə tənzimləmək lazımdır. Yoxsa dərhal zorlama baş verir. Beş dəqiqəlik kef üçün beş il həbs çəkirlər. Əvvəlcə ondan soruşmaq lazımdı, sən nə istəyirsən, beş il həbs? Həbs istəmirsənsə sakitləş, rahat danış! Qadını bezdirmə!
TƏHSİL HAQDA
*Uşaqlarımızın ingilis dili öyrənməsi lazım deyil! Yaxşısı budur, qoy onlar gedib avtomat Kalaşnikovu öyrənsinlər. Bax, onda bütün dünya rusca danışmağa başlayacaq.
*Xalq nə qədər savadlı olsa, inqilablar bir o qədər tez olar.
*Bunu niyə anlamaq istəmirsiniz ki, gənclər savadlandıqca, gənc nəsillər müasirləşdikcə hər on ildən bir hakimiyyət dəyişikliyi qaçılmaz olacaq?!
QƏRB HAQDA
*İnəklər niyə dəli olur? Britaniya demokratiyasına görə!
*Dünya siyasətində ən alçaq və ən məkrli şey Britaniyadır!
*Amerika Xirosimanı və Naqasakini bombalayır – hamı susur. Amerika yüz əlli ölkəni işğal edib – hamı susur. Amerika bizim “Kursk” sualtı gəmimizi darmadağın elədi, ancaq biz onları bağışladıq.
Çünki onlara qarşılıq versəydik nüvə müharibəsi olardı.
*Bir vaxtlar Almanlar bizə içi bolşeviklərlə dolu möhürlənmiş vaqonlar göndərmişdilər. İndi də biz Avropaya möhürlənmiş, içi çeçenlərlə dolu vaqonlar göndərməliyik.
*Gecə bizim alimlər Yerin qravitasiya sahəsini bir balaca dəyişəcək və ABŞ su altında qalacaq!
“Biz bu dəfə 10 milyon rusu Amerikaya göndərəcəyik və Amerikada öz prezidentimizi seçəcəyik. Və sənə, ey Corc Buş (ABŞ prezidenti kiçik Corc Buş nəzərdə tutulur – red.), Butırkada (Moskvada yerləşən Butır türməsi – red.) yaxşıca bir kamera ayırarıq!
QORBAÇOV VƏ YELTSİN HAQDA
*Mən bilmirəm bu baş katib Mixail Qorbaçovu başqa hansı sözlərlə ifadə edə bilərik? Görəsən, rus dilində “satqın”, “xəyanətkar”, “əclaf” sözlərindən başqa hansı təhqiramiz sözlər var ona deməyə?!
* “Yeltsin Mərkəzi”nin binasının pəncərələrinə dəmir barmaqlıqlar bərkidilməlidir ki, Yeltsinin Rusiya rəhbəri olduğu müddətdə tutduğu əməllərinə görə, heç olmasa, simvolik olaraq nəyə layiq olduğu görsənsin!
*Biz Qorbaçov və Yeltsin dövrünün bütün daxili və xarici siyasətini mühakimə etmək qərarı verdik! Lakin qanunverici orqan bu işdə bizə mane olur.
*Bəli, Yeltsin artıq yoxdur. O, niyə öldü, bilirsinizmi? Utandığından, vicdan əzabından! Bəs, Yeqor Qaydar? O da xəcalətindən ölüb getdi! Bəs, bu Çubays niyə ölmür, bilirsinizmi? Çünki həyasızdı, vicdanı yoxdu!
HAZIRKI HAKİMİYYƏT HAQDA
*Bizdə bütün siyasi liderlər ölən kimi həyatda da izləri itib-batır, ölüm onları yoxa çıxardır.
*Diktatura qəbizlikdir. Demokratiya isə ishaldır, qarınağrısıdır. Özünüz seçin.
*KPSS nəcis idi, ancaq bu “Vahid Rusiya” ondan üç dəfə murdardır.
*Bizim Dumada hər şey yağ kimi gedir, orada bir dənə də olsun müxalifət görünmür, hamı yekdilliklə səs verir – heyrətamiz ləzzət!
Musavat.com
Follow @7timesaz