Gündəm

Əsrin ən soyuq beş günü gözlənilir – Bu tarixdən

Əsrin ən soyuq beş günü gözlənilir – Bu tarixdənbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 6-dan 10-dək Moskvada – 29 dərəcəyə qədər şaxta gözlənilir.

7Times.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

Onun sözlərinə görə, Moskvada bu əsrdə ən soyuq beş günlük həftə olacaq.

Meteoroloq bildirib ki, buna qədər paytaxtda 2-6 dərəcə şaxta ilə kifayət qədər rahat temperatur gözlənilir.

“Çox kəskin soyuqlar, şaxtanın düşməsi yanvarın 6-da baş verəcək. Gecələr -20-22, gündüzlər də -18-20 dərəcə şaxta olacaq. Milad gecəsində şaxta daha da güclənəcək, havanın temperaturu -27 dərəcəyə , yanvarın 8-də isə -29 dərəcəyə qədər enəcək. Moskvada Yeni il tətilindən sonra hər kəsin işə gedəcəyi 9 yanvarda gün ərzində temperatur fonu -20 dərəcəyə yaxın olacaq. Bu, son 23 ildə, yəni 21-ci əsrin əvvəlindən bəri ən soyuq beş günlük dövr olacaq”, deyə Vilfand qeyd edib.