AVROPA İTTİFAQI MƏŞHUR BRENDLƏRƏ QADAĞA QOYDU
Lilial, həmçinin butilfenil metilpropional (BMHCA) kimi tanınan, on illərdir ki, kosmetik məhsullarda, o cümlədən ətirlərdə geniş istifadə olunan komponentidir. Lakin təhlükəsizlik səbəbi ilə Avropa İttifaqı tərəfindən 1 mart 2022-ci ildən, Böyük Britaniyada isə 15 dekabr 2022-ci ildən qadağan edilib. Bu komponentlərdən istifadə edən ətirlər siyahısına Chanel, Gucci, Dior kimi məşhur brendlərin də məhsulları daxil edilib.
Qadağa, Avropa Komissiyasının İstehlakçı Təhlükəsizliyi üzrə Elmi Komitəsi (SCCS) tərəfindən Lilialın reprodüktiv sağlamlığa mənfi təsir göstərən bir maddə olaraq müəyyən edilməsi nəticəsində tətbiq olunub. Araşdırmalar, Lilialın hormonları təqlid edərək estrogen kimi təsir göstərdiyini və bunun orqanizmə ciddi ziyan vurduğunu aşkar edib.
Lilialın allergik reaksiyalarla yanaşı xərçəngə səbəb olma ehtimalı da var.
Karanal – bu maddə də 2023-cü ildə Avropa İttifaqı tərəfindən tərkibindəki təhlükəli xüsusiyyətlərə görə qadağan edilib. çünki bu komponentin də allergik reaksiyalara və dəri zədələrinə səbəb olduğu sübut edilib.
Bundan əlavə, bəzi ətir istehsalçıları məhsulalrında HEK-293 adlı maddədən də istifadə edir.
HEK-293 maddəsi, əsasən insan embrional böyrək hüceyrələrindən əldə edilən bir texnoloji vasitədir. Bu hüceyrələr laboratoriya mühitində inkişaf etdirilərək qida və kosmetik məhsullar, o cümlədən ətir istehsalında dad və qoxu qatqıları yaratmaq üçün istifadə olunur.
Bu maddənin istifadəsi insan sağlamlığı üçün zərərli olduğu gündəm müzakirələrindən biridir.
HEK-293 maddəsinin birbaşa təsiri deyil, onun etik tərəfləri narahatlıq doğurur. Çünki bu texnologiya biotexnoloji və genetik manipulyasiyalar nəticəsində yaradılır və istehlakçıların əksəriyyəti məhsulun tərkibində belə bir komponentin olduğunu bilmir.
Uzunmüddətli təsirləri barədə yetərincə araşdırma olmadığı üçün sağlamlıq riskləri tam məlum deyil. Bununla belə, bəzi araşdırmalar genetik modifikasiyanın allergik reaksiyalara və bədən funksiyalarının pozulmasına səbəb ola biləcəyini iddia edir.
Mütəxəssislər ətir alarkən diqqətli olmağı, məhsulun tərkibini diqqətlə oxumağı tövsiyə edir.
Saglamolun.Az