Maraqlı

Ətrindən doymaq olmur, şəfası isə dillərdə əzbər – Dağnanəsinin FAYDALARI

Ətrindən doymaq olmur, şəfası isə dillərdə əzbər – Dağnanəsinin FAYDALARIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağnanəsi, kəkotu – Чабер, Зизифора – Satureia montana L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan birillik ot bitkisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir. Vətəni Kiçik Asiyadır. Yabanı halda Cənubi Avropanın bütün ölkələrində, Krımda, Qafqazda və Zaqafqaziyada bitir.

Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları ədviyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır.

Tərkibində 1%-ə qədər efir yağı vardır. Efir yağının tərkibində borneol, sineol, timol, fenol, karvakrol, pinen var. Təzə yarpaqlarında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına oxşayır və ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil edir. Bunlardan başqa onun tərkibində aşı və qatranvarı maddələr də tapılmışdır. Dağnanəsinin qurudulmamış yarpaqları salata, duru xörəklərə, xiyar, pomidor, bibər və göbələkləri sirkəyə, duza qoyduqda istifadə edilir.

Qurudulmuş dağnanəsi ət, tərəvəz, göbələk və toyuq şorbaları; mal, dana, toyuq və hind toyuğu ətlərini bişirərkən əlavə edilir.

Yumurta və paxlalı dənlərdən bişirilən xörəklərə, pörtülmüş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörəklərə spesifik ətir verir və onları vitaminləşdirir.

Dağnanəsindən likör-araq sənayesində, ətriyyat və təbabətdə də istifadə olunur. Dağnanəsinin müalicəvi xassələri. Ətirli nanədən hazırlanan cövhərdən mədə ağrılarında, köpmədə, bağırsaq qurdlarının tökülməsində istifadə olunur. Ətirli nanədən hazırlanan çay mədə-bağırsaq, həzm aparatının, ferment ifraz edən vəzilərin fəaliyyətini normallaşdırır.

Bir çox müalicəvi əhə- miyyətli konfetlərə və drajelərə qatılır. Yarpaqlarında 82-145 mq% C vitamini vardır. Efir yağından hazırlanan bir çox preparatlardan ağrıkəsici, qıcolma əleyhinə, qızdırma xəstəliklərində sərinləşdirici kimi istifadə olunur. Ondan hazırlanan nanə şərbəti mədəni qüvvətləndirir, ürəkbulanma, ishal və hıçqırmaya qarşı faydalıdır.

Saglamolun.Az