Ölkə

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: bu mənzillər ucuzlaşacaq

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: bu mənzillər ucuzlaşacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ildən “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18 faizlik vergidən azad edilməsindən gedir. Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib”.

Bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov 7Times.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq:

“Bu isə həmin mənzillərin daha aşağı qiymətə təklif olunmasına səbəb ola bilər. Qeyd edək ki, kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 3 ildən 25 ilədək 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda mənzilləri satın almaq məqsədi ilə təqdim edilir. Yəni vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixinə yaşı 70-dən çox olmamalıdır. Mənzillərin dəyəri manatla ödənilir.

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 min 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verməsi daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmadan aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədi ilə kirayə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna deyil”.

7Times.az