Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
DİN Mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, aprelin 7-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözlənilməklə yaşadıqları evə qaytarılıblar.
5 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Follow @7timesaz