Cəmiyyət

Evdən çıxan 18 koronavirus xəstəsi saxlanıldı

Evdən çıxan 18 koronavirus xəstəsi saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN Mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, aprelin 9-da respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.