Saatlıda yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Saatlı rayon sakini Vüsal Həşimova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.
V.Həşimov rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.
Həmin şəxs barəsində Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi Zaqatalada saxlanılıb.
Şəhər sakini Fəridə Əliyevaya ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. İnfeksiyanın yayılmasına şərait yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
F.Əliyeva barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Follow @7timesaz