Maqazin

“Evimə ağrılar içində gəlmişdi”

“Evimə ağrılar içində gəlmişdi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onun ölüm xəbərini hava limanında eşitdim, göz yaşlarımı saxlaya bilmədim. Ətrafda mənə baxan insanlar belə vecimə deyildi. Bağırmaq, üsyan etmək istəyirdim. Niyə axı yaxşılar? Səsi, sənəti, isməti, ləyaqəti…”.

7Times.az  OLAY-a istinadla bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayəqtqızı mərhum Əməkdar artist Aygün Bəylər haqda deyib. O, sənətçinin sonuncu dəfə verilişinə ağrılar içində gəldiyini qeyd edib:

“Əgər o şans mənə verilsəydi, bu cür böyük sənətkarların yerinə sənətdən başqa hər işlə məşğul olanları aramızdan təmizləyərdim. Aygünüm deyirdim ona. Çox sevdiyimi bilirdi, evimizə ağrılar içində gəlmişdi. Çünki ayım, günüm verdiyi sözə sadiqi di. Dedi və ağrılar içində olsa da, gəldi. Canım, sevdiyim Aygünüm, ailəlikcə çox kədərliyik. Atamın sevimlisi, ailəmizin sevimli səsi, sənətkar, Allah sənə rəhmət eləsin. Daim qəlbimizdəsən, böyük sənətkar. Daim qəlblərdə yaşayacaqsan”.