Dünya

Evlənmək istəyənlər üçün faizsiz kreditlər ARTIRILDI

Evlənmək istəyənlər üçün faizsiz kreditlər ARTIRILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qətər hökuməti gəncləri daha aktiv ailə qurmağa həvəsləndirmək üçün evlənmək istəyən gənclər üçün faizsiz kreditin məbləğinin üç dəfə artırılmasına icazə verib.

Sfera.az xəbər verir ki, bu barədə Qətərin dövlət xəbər agentliyi QNA Nazirlər Kabinetinin qərarına istinadla məlumat verilib.

“Qətər Nazirlər Kabineti Qətər gənclərini ailə qurmağa həvəsləndirmək və bu məsələdə onlara kömək etmək məqsədilə Qətərli işçilərinin bütün kateqoriyaları üçün faizsiz evlilik kreditinin məbləğinin hazırkı 100 000 Qətər rialından (təxminən 30.000 ABŞ dolları) 300 000 riala (82.000 dolardan çox) qədər artırılması barədə qərar qəbul edib”, – hökumətin qərarında deyilir.Qətərin icra hakimiyyəti strukturlarından verilən məlumata görə, evlənməyə qərar verən şirkət və dövlət qurumlarının qətərli işçiləri həm kişilər, həm də qadınlar yeni ailələrini saxlamaq üçün dövlətdən xüsusi faizsiz kredit ala bilərlər. 300 min Qətər rialını (82 min dollardan çox) 60 aydan çox müddət ərzində tədricən geri qaytarmağa icazə verilir.(publika.az)