Hər bürcün insanının evlilik həyatına münasibəti eyni olmur. Təbii olaraq, evlilik həyatı da.
Bəziləri evlənmək üçün dünyaya gəlsələr də, bir çoxları münasibəti davam etdirməkdə çətinliklərlə üzləşirlər.
Day.Az bizim.media-ya istinadən evlilikdə bəxti gətirməyən bürclərin siyahısını təqdim edir:
1. Dolça
Ağılları havada olan dolçaların ən böyük problemi evlilik və bağlanmaq kimi məsuliyyət tələb edən situasiyalara düşməyi sevməmələridir. Əksinə, hər zaman əylənməyi və həzz üçün yaşamağı sevən dolçalar üçün evlilik ikinci plana düşür.
Eyni zamanda bu bürcün nümayəndələri nə özlərindən daha azad ruhlu insanı qəbul edir, nə də azadlıqlarını məhdudlaşdıranlarla yola getməyi bacarırlar. Bu səbəbdən, evlilik münasibətləri təzadlı olan dolçaların bu məsələdə bəxtləri gətirmir.
2. Xərçəng
Xərçəng kimi sevsə, bu onların həyat sınağına çevrilir. Ailə bağlarına ciddi əhəmiyyət verən bu bürcün nümayəndələri instiktiv olaraq evlənməyə meyillidirlər. Buna görə də, xərçənglər ailə həyatı qurmaq üçün hər zaman tələsirlər. Bu tələskənlikləri isə əksər hallarda yanlış qərar vermələrinə səbəb olur və həssas qəlbli xərçənglərin evlilik həyatları boşanma ilə yekunlaşır.
3. Əqrəb
Evlilikdə necə partnyor olmaları müzakirə predmeti olsa da, əqrəblərin ən böyük problemi lazımi qədər güvəni heç vaxt tam şəkildə hiss edə bilməmələrindən qaynaqlanır. Hətta heç bir səbəb olmasa belə, anidən şübhələnməyə başlayan bu bürcün nümayəndələri həyat yoldaşlarına zülm dolu günlər yaşatmağa potensial namizədlərdir.
Partnyor seçərkən bəxtlərinin gətirmədiyini demək doğru olmasa da, əqrəblərin nə özlərinin xoşbəxt olacağı, nə də həyat yoldaşlarını xoşbəxt edəcəkləri gözlənilən deyil.
4. Oxatan
Oxatan bürcü öz azadlıqlarına düşkündürlər. Risk etməkdən qorxmayan oxatanlar həyatdan həzz almağa çalışırlar. Amma müəyyən dərəcədə tənhalıqda.İctimai ətrafları çox sıx olsa da, oxatan həmişə tək yaşayır.
Sevmək və sevilmək istəyən oxatan bürclərinin evlilikdə bəxtləri gətirmir. Münasibətlərdə lövbər sala bilməyən oxatan bürcü, keçmişə əhəmiyyət vermir və gələcək üçün planlar qurur.
Lakin onların gələcək üçün evlilik planları çox vaxt uğursuz olur. Sadəcə başa düşülmək istəyən oxatanları anlaya bilən insanların sayı isə çox azdır.
5. Əkizlər
Əkizlər ikili xarakter xüsusiyyətlərinə görə nə edəcəkləri proqnozlaşdırılmayan bürclər arasında birinci yerdədir. 5 dəqiqə əvvəl ağlayan əkizlər 5 dəqiqə sonra gülə bilər.
Bu vəziyyət həyatındakı insanlara mənfi təsir göstərir. Çünki əkizlərin nə istədiyi başa düşə bilən tərəf müqabili tapması möcüzəyə bərabərdir. Eyni zamanda əkizlər iş və evlilik həyatları arasındakı sərhədi də müəyyən etməkdə çətinlik çəkirlər.
Follow @7timesaz