Ölkə

Eynulla Fətullayev Əli Həsənovun agentura şəbəkəsini ifşa etdi – FOTOLAR

Eynulla Fətullayev Əli Həsənovun agentura şəbəkəsini ifşa etdi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir neçə həftə əvvəl “Sputnik”Azərbaycan nümayəndəliyinin rəhbərliyində növbəti kadr dəyişikliyi baş verib. Azərbaycanlı jurnalist Əziz Əliyevin yerinə Vitali Denisov rəhbər təyin edilib.

 

Qeyd edək ki, Denisov jurnalistikaya “Zavtra” qəzetinin jurnalisti adı altında Dağıstanda və Çeçenistanda işləmiş QRU polkovnikləri İqor Girkin (Strelkov) və Aleksandr Boroday ilə eyni mövqedəmünasibət bəsləyir.

Bundan əlavə, Denisov Bakıya qaynar nöqtədən – separatçı Cənubi Osetiyadan köçürülüb. Yəni Marqo Simonyan və onun Kremldəki bilavasitə kuratorları bu təyinatla Azərbaycana öz həqiqi münasibətini bildiriblər.

 

Rus kəşfiyyatının polkovniki Bakıda peyda olub

Denisov tam olaraq jurnalist deyil. haqqin.az-ın əldə etdiyi məlumata görə, Rusiya xüsusi xidmət orqanlarının polkovniki Denisov Cənubi Osetiyada strateji tapşırıqlar icra edib. Bundan öncə isə Denisov Sxinvaliyə ilk dəfə leytenant rütbəsində 1989-cu ildə separatçı əhval-ruhiyyənin qızğın vaxtında və ilk anti-gürcü silahlı dəstələrinin formalaşdığı bir vaxtda gəlib. Görünməz cəbhənin döyüşçüsü “qəribə təsadüf nəticəsində” Rusiya-Gürcüstan müharibəsi başa çatdıqdan sonra separatçı respublikada “peydə olub. O, münaqişədən sonrakı dövrdə vəziyyəti lokallaşdırmaq üçün xüsusi qrupun üzvü – separatçı respublikanın “prezident” administrasiyası rəhbərinin müavini olub.

Keçən ilin payızında Denisovu Sxinvalidə öz mənzilində zəhərləməyə cəhd ediblər. Bunuisə kəşfiyyatçı jurnalistin özü, sonra isə hörmətli Erməni əsilli jurnalist Marqarita Simonyan deyib. Sonra isə Gürcüstan xüsusi xidmət orqanlarının izinə eyham vuraraq, hekayəni unutdurmağa çalışdılar.

Və sonrabirdən-birə Simonyan və onun kuratorları xüsusi xidmət orqanlarının gizli döyüşlərində zəngin təcrübəyə malik olan “xüsusi mütəxəssis”i Azərbaycana göndərir.

Denisov jurnalistika ilə məşğul olmağa göndərildi. Və bundan sonra agentlik “ən yaxşı”lardan olmağa başladı.

Polkovnik ilk növbədə Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərcini qadağan etməklə azərbaycanlı jurnalistlərin yaradıcılıq imkanlarını məhdudlaşdırıb. Amma eyni zamanda, Denisov redaksiyanın işində əsas istiqamətləri müəyyənləşdirdi: Azərbaycandakı ən problemli tərəfləri işıqlandırmaq və ölkədəki sosial problemləri vurğulamaq. Jurnalistləri sosial narazılıq, yüksək xərclər, hökumətin iqtisadi problemləri həll etmək iqtidarında olmaması mövzularında qızışdırmağa təşviq edirlər…

Denisovun konsepsiyası bir qədər “Sputnik Qazaxıstan”ın Prezident Nursultan Nazarbayevi devirməyə xidmət edən kataklizmlərdən bir neçə il əvvəlki redaksiya siyasətini xatırladır…

Qazaxıstandakı iğtişaşlar “Qazaxıstan Sputnik”in “sosial problem”ləri işıqlandırması ilə başlayıb.

Rusiya hakimiyyət və xüsusi xidmət orqanları ilə əlaqəli olan “Sputnik Azərbaycan”da polkovnik Denisovun xəbərlər xidmətinə rəhbər təyin olunmasından xeyli əvvəl yaranıb. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun uğurlu Moskva səyahətlərindən birindən sonra onun qeyri-məhdud hakimiyyətinin çiçəkləndiyi bir vaxtda gözlənilmədən Bakının tam mərkəzində, daha doğrusu, Həsənovun şəxsi mənzili – Beynəlxalq Mətbuat Mərkəzində Simonyan xidmətinin şöbəsi peyda oldu. Oliqarx Həsənovun korrupsioner pullarla tikilmiş dəbdəbəli daşınmaz əmlakı Azərbaycanın Rusiyaya muxtariyyət kimi qoşulması ideyasını inkişaf etdirən nəşrlərin redaksiyalarının çiçəklənməsi üçün tramplin oldu.

Azərbaycanın keçmiş yüksək rütbəli məmurlarından biri mənə dedi ki, o zaman Həsənov Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsini evinə dəvət edib. Rus lar masa arxasında səmimiyyətə üstünlük verir. Və səmimiyyətin hərarətində Həsənov ən dərin arzusundan – karyerasını başa vurduqdan sonra Moskvaya köçməsindən danışıb.

Təbii ki, Əli Həsənov Moskvaya işləyirdi. Və özünə xas olan qul itaətkarlığı ilə baş rəislərinin bütün “şıltaqlıq”larını yerinə yetirdi.

Bir vaxtlar, Həsənov Kreml kuratorlarının və Simonyanın göstərişi ilə ayrıca “Sputnik radiostansiyası”yaratmaq ideyasını həyata keçirməyə çalışdı.

Xoşbəxtlikdən “Novqorod vassalının təşəbbüsü”ndə düşmənçiliyi sezərək vaxtında məlumat verməyə müvəffəq olan vətənpərvər qüvvələr oldu. Lakin uzun danışıqlardan, aparatdaxili intriqalardan və münaqişələrdən sonra Həsənov “Araz” radiosunda “Sputnik”in şəbəkəsinə yer edə bilib.

 

Əli Həsənov rus kəşfiyyatçısına “rus masasında” nə etiraf etdi?

Simonyanın yaxın dostu, erməni millətinin nümayəndəsi Əziz Əliyev (Əzizin anası İrəvandan idi) redaksiya rəhbərliyinə gətirilib.

“Sputnik”in erməni redaksiyası və Azərbaycanın eyniadlı xəbər agentliyi anti-Azərbaycan, radikallaşma və kor-koranə nifrət fonunda tolerantlıq, pasifizm və

“Xalqların Lenin sayağı dostluğu” nümunəsi idi.

Mərkəz Həsənovla birlikdə yaradıcı orijinallığı və tənqid azadlığını hər cür məhdudlaşdırır, daxili problemlərin kəskinləşməsinə köklənirdi. Azərbaycan redaksiyaları bəzən erməni xidməti ilə əlbir olaraq Əliyev hakimiyyətinə qarşı çıxırdılar.

2019-cu ildə “Sputnik Azərbaycan”ın səhifələrində “qışqırtılı” başlıqlı analitik yazı dərc olundu: “İnqilabi dəyişikliklər ərəfəsində: hər şey hazırdır, həyata keçirilməsi qalır”…

Redaksiya “Lenin sayağı həqiqətələr”in ən yaxşı ənənələri ilə zəhmətkeş xalqı yenidən düşünməyə və inqilabi şüura çağırırdı.

Ukrayna müharibəsində olduğu kimi, Rusiyanın hücum cəbhəsi də “Qocanın köməyi” ilə gücləndirildi.

Azərbaycan redaksiyasında belaruslar da üzə çıxıb – Veronika Antonova-Trizno ilə əri Pavel Antonovla…

Bu cütlük söz-söhbət yaradaraq, ətrafa intriqa toxumları səpdilər, bundan sonra onlarıyeni tapşırıqları yerinə yetirmək üçün köçürüldülər. Bu işdə ən qəribəsi odur ki, Antonovlar ailəsi ölkədə fəaliyyət üçün rəsmi akkreditasiya almayıb və nədənsə hakimiyyət onların “yaradıcılığını” dayandırmayıb. Və bəzi məmurlar hətta “yaşayış icazəsi”nin verilməsinə də kömək ediblər …

 

Ekspansionizm yuvası. Buna son qoymağın vaxtı gəldi!

Hələ 2000-ci illərin ortalarında Rusiya ekspansionizmi açıq şəkildə öz xəbər agentlikləri və bürolarının qlobal şəbəkəsi vasitəsilə siyasi və informasiya təsirini yaymaq üsullarına əl atırdı. Və bu siyasi texnologiyanın həyata keçirilməsində ruslar yenilik icad etmədilər, əksinə qlobal dünya informasiya sənayesinin yayılması yolu ilə informasiya və siyasi təsirləri genişləndirmək üçün Amerika metodologiyasından yararlandılar.

Bununla belə, əgər amerikalılar ümumbəşəri insan azadlıqlarını, liberalizmi və humanist ideyaların imperativini təbliğ etməklə ürəkləri və ağılları fəth edirsə, rus qlobal şəbəkəsi totalitar ideologiyanın daşıyıcısı kimi ekspansionizm, zorakılıq, yeni ərazilərin ələ keçirilməsi, denazifikasiya, demilitarizasiya, separatizm və “rus dünyası”nın genişlənməsi silahına çevrilib.

“Rossiya Seqodnya”, xüsusən də “Sputnik” xarici kəşfiyyat xidmətlərinin əlində kifayət qədər təhlükəli silaha çevrilib. Ruslar hər yerdədir, hətta qaranlıq Yasamal rayonunda belə “Bandera tərəfdarları”nı axtarırlar.

Vaxtilə Azərbaycana qarşı rəngli inqilabların və əsassız hücumların yayılmasına qarşı mübarizədə hökumət Amerika və Britaniya radiolarının bütün ölkə ərazisində yayımını məhdudlaşdırdı, sonra isə tamamilə qadağan etdi.

Azərbaycan xalqını SSRİ-nin dağılmasının geosiyasi fəlakət, yeni suveren dövlətlərin, o cümlədən Azərbaycanın siyasi müstəqilliyinin ölümcül səhv olduğuna inandıran totalitar rus təbliğatına son qoymağa nə mane olur?!

Azərbaycan hökuməti imkan verəcək ki, Denisov kimi təcrübəli kəşfiyyatçı və təxribatçılar birbaşa informasiya hücumuna keçsinlər?! Xüsusi xidmət polkovniki Bakıda jurnalist vəsiqəsi adı altında nə axtarır?!

Qardaş Türkiyədə dağıdıcı informasiya təxribatının müəllifi,”Sputnik”in Türkiyə redaksiyasının rəhbəri Mahir Boztəpənin Türkiyənin ərazi bütövlüyünü pozmağa yönəlmiş bəlağətli nümunəsi bizim üçün acı dərs və parlaq nümunə deyilmi???

Amma Türkiyə xüsusi xidmət orqanları redaksiya heyətinin demək olar ki yarısını saxlayaraq, planlaşdırılan təxribatda Rusiya xüsusi xidmət orqanlarının iştirakını sübut ediblər!

Nəyi gözləyirik? Ona görə də mən Əli Həsənovun yeni ideoloji davamçılarının hakimiyyətdə olması versiyasına inanmaq istəməzdim.

Əks halda, nəyi gözləyirik? Rezidensiyada dəyişikliyin vaxtıdır. Zaman gözləmir!