Heç demə Ukraynada dünyanın ən dərin metro stansiyası varmış…
Bu stansiyalar həm də “soyuq müharibə” dövründə…Qərbin hücumlarından sığınmaq üçün nəzərdə tutulub…
Moderator.az xəbər verir ki, “Bolqarıstanın “Fakti” nəşri öz oxucularına Ukrayna barədə 10 maraqlı faktı təqdim edib.
Ukrayna təsadüfən dünyanın diqqət mərkəzində deyil. Bu ölkə özünün təbii sərvətləri ilə çox zəngindir və bu, böyük dövlətlərin diqqətindən yayına bilməzdi.
1. Ukrayna Avropanın ən böyük ölkəsidir. Şərqi Avropanın bu ölkəsi Bolqarıstandan az qala 6 dəfə böyükdür və onun sahəsi 603 600 kvadrat kilometr təşkil edir.
2. Ukrayna ərazisində YUNESKO- nun ümumdünya mədəni və təbii irsinin 7 obyekti var. Onların arasında Kiyevdəki Müqəddəs Sofiya kilsəsini, Lvovun tarixi mərkəzini, Karpatdakı taxta kilsələri və Kiyev- Peçera lavrasını (böyük monastır) göstərmək olar.
3. Ölkənin rəsmi dövlət dili Ukrayna dilidir, amma çoxları rus dilində danışır.
4. Kiyevdə dünyanın ən dərin “Arsenalnaya” metro stansiyası yerləşir (105, 5 metr). Kədərli istehza ondan ibarətdir ki, metro stansiyalarının tikintisi zamanı “soyuq müharibə” dövründə Qərbin mümkün hücumlarından qorunmaq üçün sığınacaq kimi istifadə edilməsi nəzərə alınıb. Kimin ağlına gələrdi ki, bu gün ukraynalılar onları birbaşa təyinatı üçün, özü də Şərqdən- ruslardan qorunmaq üçün istifadə edəcək.
5. Ukrayna günəbaxanın ən iri istehsalçısıdır. Günəbaxanın yetişdirildiyi ərazilərin sahəsi Sloveniyanın ərazisinə bərabərdir.
6. 1986- cı ildə Çernobıl AES- də XX əsrin ən dəhşətli texnogen fəlakəti baş verib. Bu hadisə ilə bağlı qəzanın nəticələrinin aradan qaldırılmasında yol verilmiş qüsurlara
bütöv bir serial həsr edilib.
7. Ukraynanın ən populyar yemək növü borşdur. İstər Ukrayna, istərsə də Rusiya borşun vətəni olduğuna iddia edir.
8. Rusiya istisna olmaqla, Ukrayna Avropada təbii qazın ən çox ehtiyatları olan ölkələrindəndir. 2019- cu ilin məlumatına görə, onun ehtiyatları 1, 09 trilyon kub metr təşkil edir. Norveçdə daha çoxdur, 1, 53 trilyon kub metrdir.
9. Dünyada nişan üzüyü sol ələ , ukraynalılar isə sağ ələ taxır.
10. Pasxa yumurtalarını boyamaq ənənəsi Ukraynadan başlanıb.
Follow @7timesaz