Ölkə

Fazil Mustafadan Qarabağdakı canilərə: “Heç kim arxayın olmasın ki, vəhşiliyi törədib, sonra da rahat yaşayacaq”

Fazil Mustafadan Qarabağdakı canilərə: “Heç kim arxayın olmasın ki, vəhşiliyi törədib, sonra da rahat yaşayacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə 1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımda iştirak etmiş ermənilərdən biri – Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsini keçərkən saxlanılıb.

O hazırda Bakıda yerləşən tibb müəssisələrinin birində müalicə alır. Səhhəti yaxşılaşdıqdan sonra məhkəməyə çıxarılaraq dindiriləcək.

Hamımıza məlumdur ki, Qarabağda Xaçaturyan kimi yüzlərlə qatil var.

Bəs, onların da həbsi mümkün olacaqmı? Xaçaturyanın taleyi onları da gözləyirmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a danışdı.

Deputat söylədi ki, qatillərdən biri ələ düşdüsə, hamısı ədalət məhkəməsi qarşısında cavab verməlidir.

“Xocalıda, Meşəlidə, Başlıbeldə və başqa yerlərdə törədilən cinayətlərin hamısının cavabı verilməlidir. Qaradağlı faciəsinin cavabı verilməlidir. Bu faicələrin hamısının şəkilləri, videoları var. Buna görə də onlara qarşı Azərbaycan dövlətinin ədalət mühakiməsi mütləq tədbirlərini görəcəkdir. Heç kim arxayın olmasın ki, cinayəti, vəhşiliyi törədib, sonra da rahat yaşayacaq. İlahi ədalətin qarşısında cavab verəcəklər. İndi də bu cür cavab verməyə məhkumdurlar”, – deyə Fazil Mustafa bildirdi.