Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Fərdi məlumatların mühafizəsi haqqında” qanunun yeni layihəsini hazırlayıb.
“7Times.az” xəbər verir ki, bunu ETX-nin rəisi Fərid Zeynalov “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, hazırda qanun layihəsinə baxılır:
“İstənilən yenilik təhlükəsizliklə balanslaşdırılmış şəkildə həyata keçirilməlidir və bu innovasiyalar insanların hüquqlarının qorunmasına da xidmət etməlidir. Bunun üçün müvafiq qanunvericilik bazasının olması vacibdir. Ümid edirik ki, hazırlanmış yeni qanun layihəsi müasir çağırışlara cavab verəcək və vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına xidmət edəcək”.