Cəmiyyət

FHN: “Gəncədə süni göldəki təhlükənin aradan qaldırılması üçün əlavə qüvvələr cəlb edilib” – FOTO

FHN: “Gəncədə süni göldəki təhlükənin aradan qaldırılması üçün əlavə qüvvələr cəlb edilib”- FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilər üçün yaranmış təhlükə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.

Bu barədə 7Times.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, hazırda yaranmış təhlükənin aradan qaldırılması istiqamətində FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən göldə suyun səviyyəsinin azaldılması və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fasiləsiz olaraq davam etdirilir.