İqtisadiyyat

““Filan rayon özünü dolandırır” fikri baş aldatmaqdır”

““Filan rayon özünü dolandırır” fikri baş aldatmaqdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı ekspert Natiq Cəfərli 2022-ci ilin dövlət büdcəsindən 52 rayon və şəhərə vəsait ayrılmaması məsələsinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, N. Cəfərlinin sözlərinə görə, Azərbaycanda vergi və rüsum mərkəzləşdirilmiş yığılır:

“Təkcə bələdiyyələrin kiçik həcmli rüsum və vergi toplamaq ixtiyarı var. Belə olan təqdirdə, “filan rayon özünü maliyyələşdirir”, nə deməkdir?! Hardan alır vəsaiti?! Bəyəm, təhsilə, səhiyyəyə, təhlükəsizliyə, infrastruktura və s. sahələrə rayon pul qazanıb-ayırır?!

Azərbaycan hökumətinin ən çox sevdiyi məsələlərdən biri rəqəmlərlə oynamaqdır. Prezident son çıxışlarında, “rayonlar özləri dolandırmalıdır”, deyib, hökumət də həmin “rəqəmlərlə rəqs etməyə” girişib. Sadəcə kağız üzərində bəzi hesablama qaydalarını dəyişiblər.

Rayonların özünü dolandırması üçün bələdiyyə institutu güclənməli, icra hakimiyyəti ləğv edilməli, bələdiyyələrin müstəqil büdcəsinin formalaşdırılması qaydaları müəyyən edilməli, istənilən bələdiyyə ərazisindən toplanan vergilərin bir hissəsi onlarda qalmalıdır. Məsələn, ƏDV 18%-dir, hər hansı bir bələdiyyə ərazisindən toplanan ƏDV-nin 3%-i həmin bələdiyyənin büdcəsinə gedir, mənfəət vergisinin 3%-i yenə bələdiyyənin büdcəsinə daxil olur, bələdiyyələr kommunal və nəqliyyat xidmətləri göstərib pul qazanır və s.

Belə bir sistem qurulmadan, “filan rayon özünü dolandırır” fikri mifdir, baş aldatmaqdır, söz və rəqəm oyunudur”.