“Fitnə 3 şeydədir. Birincisi qadın sevməkdir. İslamda ananı sevməyə böyük dəyər verilir. Amma bəzən naməhrəm, günah olan qadınları sevmək… Hədislərdə var ki, kim ki qadını sevərsə, bu, şeytanın qılıncıdır. Gənclər bunu əzbərləməlidirlər”.
7Times.az xəbər verir ki, bunu din xadimi Hacı Surxay Məmmədli bildirib.
“İkinci isə şərab içməkdir, bu da fitnədir. Bütün xəbisliklərin anasıdır. Şərab içdin, bitdi… Bəzi adamlar var, deyirlər ki, 100 qram olar. Zərrə də haramdır, ton da. Bu, şeytanın tələsidir. Üçüncü fitnə isə pula məhəbbətdir” – din xadimi qeyd edib./Demokrat.az
Follow @7timesaz