Türkiyənin Fox tv kanalının xəbər aparıcısı Səlcuq Təpəli xəbərin sonunda əsəbiləşərək studiyanı tərk edib.
7Times.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, kəndlilərin əkin sahələrinin müsadirə olunması ilə bağlı xəbərinə əsəbiləşən aparıcı masasının üstündəki kağızları və suyu dağıdıb. Aparıcı göz yaşlarına hakim ola bilməyib və rejissordan növbəti xəbərə keçməsini xahiş edib.