Manşet

“Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanıya bilər” – Paris merindən ŞOK AÇIQLAMA

“Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanıya bilər” – Paris merindən ŞOK AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisin meri, həmçinin 2022-ci ildə keçiriləcək prezident seçkilərində də iştirak edəcək Ann İdalqo Fransanın “Dağlıq Qarabağ Respublikası”nı tanıya biləcəyini açıqlayıb.

7times.az xarici mediaya istinadən xəbər verir ki, İdalqo tweet ataraq Fransanın “Dağlıq Qarabağ Respublikası”nı tanıya biləcəyinə işarə edib. O bununla  fransız yazıçısı və filosof Bernard-Henri Levinin milli azlıqları dəstəkləmək istiqamətində yazdığı fikirlərlə qəti şəkildə razılaşdığını dilə gətirib.

Qeyd edək ki,  türklər Vyana küçələrinə çıxıb guya erməniləri təhdid etməyə başlayanda, fransız filosof ermənilərlə həmrəy olduğunu bildirmişdi.

Bernard-Henri Levi, “Dağlıq Qarabağda Ermənistana dəstək vermək siyasi, əxlaqi və metafizik bir imperativdir” – deyə yazırdı.

KONKRET.az