Ölkə

Fransa qəzetləri 1989-cu ilin yanvarında Azərbaycandan nə yazırdı?

Fransa qəzetləri 1989-cu ilin yanvarında Azərbaycandan nə yazırdı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1989-cu ilin son aylarını yaşlı və orta nəsil yaxşı xatırlayır. Ölkədə vəziyyət gərgin idi, (keçmiş) Dağlıq Qarabağ münaqişəsi yeni alovlanmış, ölkədə milli azadlıq hərəkatı başlamışdı.
Təbii ki, dünya mediasının da diqqəti bizim ölkədə idi.
Lent.az Fransanın məşhur “Le Monde” qəzetinin arxivində Azərbaycana aid maraqlı xəbərlər tapıb. 5 yanvar 1990-cı ildə dərc olunmuş xəbəri müəyyən ixtisarla təqdim edirik:

SSRİ: “Azərbaycan-İran sərhədində gərginlik artır”

Yanvarın 3-də KQB zabitinin verdiyi məlumata görə, SSRİ-nin İranla sərhədində qoşunların sayı artırılıb.

Bir aydan çoxdur sovet Azərbaycanı ilə İran sərhədində gərginlik davam edir. Sovet mətbuatının yazdığına görə, ötən həftə bir nəfərin naməlum şəraitdə öldürülməsindən sonra vəziyyətin normallaşacağı real görünmür. KQB zabitinin “İzvestiya”ya bildirdiyinə görə, gərginlik Azərbaycanla İran arasındakı 790 kilometrlik sərhədi bütövlüklə əhatə edib.
Dekabrın əvvəlində Azərbaycanın əsas ərazisindən Ermənistan vasitəsi ilə ayrılmış Naxçıvan Muxtar Respublikasında vəziyyət daha da ağırlaşıb. Dekabrın 4-də sərhədə yığışan naxçıvanlılar meqafonla qarşı tərəfə müraciət edərək “Şimali və Cənubi Azərbaycanın birləşdirilməsinə çağırış ediblər”.
KQB zabitinin sözlərinə görə, dinc nümayiş dekabrın 12-dək davam edib. Bundan sonra sərhəd dəstəsinə dekabrın 31-dək sərhədi maneəsiz keçməyə şərait yaratmaq barədə ultimatum verilib.
İğtişaşlar ayın 30-da başlayıb. 4 minədək adam İran sərhədi boyunca yığışaraq sərhəd qurğularını dağıdıb. Sərhəd qoşunları passivlik nümayiş etdirdiyindən sərhəd qurğularına ciddi ziyan dəyib. KQB bura əlavə qüvvə cəlb edib.
İran sərhədçiləri hadisələri sadəcə olaraq müşahidə ediblər. Onlar Moskvaya diplomatik nota verməklə kifayətləniblər. Notada göstərilir ki, baş verənlər 14 may 1957-ci il SSRİ-İran sərhəd sazişinə ziddir.