Fransa Prezidenti Emmanuel Makron Ukraynaya dəstək verən “Arzulular koalisiyası”nın Polşada planlaşdırılan hərbi təlimlərinin oktyabr və noyabr aylarında keçiriləcəyini açıqlayıb.
7Times.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Makronun sözlərinə görə, təlimlər koalisiyanın Ukraynada hərbi qüvvələr yerləşdirməyə hazırlığını və döyüş əməliyyatları başa çatdıqdan sonra fəaliyyət göstərmək imkanlarını nümayiş etdirəcək. Fransa lideri qeyd edib ki, sözügedən təlimlər koalisiyanın mümkün təhlükəsizlik mexanizmləri çərçivəsində birgə fəaliyyət qabiliyyətinin sınaqdan keçirilməsi baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Arzulular koalisiyası” Ukraynaya dəstək verən ölkələr qrupudur. Koalisiya müharibədən sonra Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi üzərində çalışır. Bu çərçivədə Ukrayna ərazisində döyüş əməliyyatları başa çatdıqdan sonra fəaliyyət göstərə biləcək çoxmillətli qüvvələrin yaradılması ilə bağlı planlar da müzakirə olunur. Polşada keçiriləcək təlimlərin də məhz belə bir mümkün təhlükəsizlik arxitekturası çərçivəsində koalisiya ölkələrinin hazırlıq səviyyəsini və koordinasiya imkanlarını nümayiş etdirməsi gözlənilir.
Modern.az
Follow @7timesaz


