“Avtomobil bazarında ikinci əl maşınlar bahalaşıb”.
Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bahalaşmanın səbəblərini izah edib:
“Birinci əl avtomobil bazarındakı qiymətlərdə artım yoxdur. İlin əvvəlində yeni avtomobillərin qiymətləri təxminən 5 faiz yüksəlmişdi ki, bu da daşınma xidmətləri üçün təklif olunan ödəmələrin artması ilə bağlı idi. Hazırda yeni avtomobillərlə bağlı qiymətlər stabil olaraq qalır, ikinci əl avtomobillərdə isə 2-5 faiz artım müşahidə edilir. Avtomobil bazarı müstəqil sektordur və bura təsir edən amillər arasında daşınma xərcləri yer alır. Bu ilin sonunadək avtomobillərdə ciddi qiymət dəyişikliyinin olacağını düşünmürəm”.
Follow @7timesaz