Ölkə

“Gələn il də əhəmiyyətli artımlar gözlənilir” – Nazir

“Gələn il də əhəmiyyətli artımlar gözlənilir” – Nazirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfertinin məbləğində artımlar var. Lakin bu artımlar bizim əsas fiskal siyasət sənədimizn əsasını təşkil edən büdcə qaydasının hədəflərinə xələl gətirmir.

Trend xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hazırda neft gəlirlərimizin azalması prosesi baş verir.

“Bu azalma iki faktorla bağlıdr. Biri dünyada qlobal dekarbonlaşma meyilləri, digəri neft yataqlarımızdan hasilatın azalması prosesləridir. Bunlar büdcə gəlirlərinə mənfi təsir göstərir. O təsirin azaldılması qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Növbəti ilin büdcə layihəsində qeyri-neft sektorundan daxilolmalar ildən-ilə artır.

Gələn il üçün də bu artımın olması istisna deyil. Gələn il də əhəmiyyətli artımlar gözlənilir. Amma bu artımlar neft gəlirlərinin azaldılmasını tam kompensasiya etmir. Bununla bağlı qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr əsasən işğaldan azad edilən ərazilərin yenidən qurulması, onların iqtisadiyyatımıza reinteqrasiyası ilə bağlıdır.

Bu məqsədlərə də dövlət büdcəsindən vəsaitin hər il təmin edilməsi vacibdir. Bu baxımdan, hesab edirəm ki, ARDNF-dən bir qədər transfertin artırılması makroiqtisadi sabitliyə xələl gətirməyəcək dərəcədə kifayət qədər əsaslıdır”, – deyə nazir bildirib.