Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə Şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasının rəisi Asif Quliyev həmin müəssisəyə rəhbər təyin edildiyi qısa müddət ərzsində həm özünü həmdə ətrafını zənginləşdirməkdə davam edir.Asif Quliyev bu müddət ərzində cəzacəkmə müəssisəsinin fəaliyyətində müsbət dönüş yaratmaq əvəzinə özünün sosial təminatını və maliyyə güzaranını utopik dərəcədə müsbətə doğru dəyişdirməyə davam edir.Necə deyərlər onun hazırki fəaliyyət mənzərəsi heç bir bədii obraz və kəmiyyət hüdudları ilə məhdudlaşmır.
7Times.az-a etibarlı mənbədən verilən məlumata görə 2 saylı İstintaq Təcridxanasının rəisi Asif Quliyev rəis təyin edildiyi vaxtdan bəri özünə Göygöl şəhərində 2 dəbdəbəli villa tikdirib.Bundan başqa o bu müddət ərzində Gəncə Beynəlxalq xəstəxanasının üstündə ümumi sahəsi 200 kv metr olan mülk alıb.Asif Quliyevin biznes şəbəkəsinin bir hissəsini isə Lombard fəaliyyəti təşkil edir.Beləki onun Gəncə şəhərində 2 lombard məntəqəsi mövcuddur.
Bundan əlavə Asif Quliyevin Xanlar rayonunda,Olimpia kompleksinin qarşısında daha bir dəbdəbəli villası var.Eyni zamanda Xanlar rayonunda Asif Quliyevə məxsuz 2 aptek və 5 dən çox icarə obyektləri mövcuddur.Asif Quliyev bütün bu villalara və obyektlərə rəis təyin edildikdən sonra yiyələnib.
Başlangıc sonda aydınlanır deyirlər.
-Amma Asif Quliyevin bu “başlangıcı”göründüyü kimi bütün həqiqətlərin məqbul mahiyyətindən daha sürətli aydınlanır.Faktlar çoxdu-Həqiqət isə bir…
Maraqlıdır,Asif Quliyev bu qədər varidata hansı yollarla yiyələnib?
Şarl Lui Monteskyonun belə bir sözü var.
Qanunlar hörümcək toru kimidir.İri milçəklər ondan keçir,xırdalar isə ilişib qalır.
Qeyd edək ki , Asif Quliyev dəfələrlə Penitensiar Xidmətin rəhbər şəxsləri ilə yaxın qohumluq əlaqələrinin olduğunu bəyan edir və bunu aşikar formada tez –tez dilə gətirir.Bəlkədə elə bu faktora görə İstintaq Təcridxanasında məs Asif Quliyevin rəhbərlik etdiyi müddət ərzində baş verən intihar halları və digər neqativ hadisələrə görə heç kəsə gözün üstə qaşın var deyən olmur…
Etiarlı mənbədən 7Times.az-a verilən məlumata görə Asif Quliyev yaşadığı evinin yanında qiyməti təxminən 800 min manat olan 10 hektar ərazi satın alıb.
İstintaq Təcridxanasının daxilində market açılar.Və Asif Quliyev həmin marketi öz yeznəsinə (ad –Vüqar) həvalə edi.Mənbənin verdiyi məlumata görə həmin mağazada bütün məhsullar dəyərindən 4-5 dəfə baha satılır.
Molla və cadugərlik….
Verilən məlumatlara görə Asif Quliyev rəis təyin edildikdən sonra təcridxanaya 3 molla gətizdirərək müxtəlif proseslər etdirib və inzibati binanın bütün otaqlarında dualar oxutduraraq özünü bu yolla bəd-nəzərdən qorumaqa çalışıb.(Bu barədə daha ətraflı 2-ci yazıda bəhs edəcəyik.)
Qeyd edək ki,cəzaçəkmə müəssisəsində mühafizə və digər müvafiq təhlükəsizlik tədbirləri lazımı formada həyata keçirilmədiyindən təcridxanada dəfələrlə intihar həmçinin intihara cəhd halları baş verib.Ümumiyyətlə son illər ərzində Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanasında intihar halları əvəlki illərə nisbətən nəzərəçarpacaq dərəcədə artıb.İndi isə diqqətinizi baş verən sonuncu intihar faktına çəkmək istəyirik. Orada cəza çəkməkdə olan Tovuz rayon sakini Əhmədov Maksim Mehdi oğlu özünə qəsd edib. Onun şüşə ilə damarlarını kəsərək intihar etdiyi bildirilir.
Əldə etdiyimiz məlumata görə intihara cəhd edən məhus Əhmədov Maksim Mehdi oğlu bu hadisəni “karsda”olan zaman edib.Həmin məhusun “karsa”salınması əmrini isə təcridxananın rəis müavini Şahin Əhmədov verib.Amma nədənsə onu “karsa”salan zaman üstünü yoxlamaq yaddan çıxıb.(Bu barədə daha təfərrüatlı 2-ci yazıda əhs edəcəyik.)
Follow @7timesazArdı var…