Cəmiyyət

“Gənclərimiz Allahı tanımırdı, koronavirus buna görə yayıldı” – Rəşid Mahmudov

“Gənclərimiz Allahı tanımırdı, koronavirus buna görə yayıldı” – Rəşid Mahmudovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim başımıza nə gəlirsə, hamısı dinə inanmamaqdandır. Bu gün koronavirus bəlasına gənc nəslin Allahı tanımaması, dinsizlik səbəbdir”.

7times.az xəbər verir ki, bu sözləri Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov gənc nəslin dinə inamsızlığından danışarkən bildirib.

Onun sözlərinə görə, SSRİ-yə Allahsız dövləti deyirdilər.

“Qarabağı alan gənclər “Allahu Akbar” dedilər, namaz qıldılar və ölümdən qorxmadılar. Gənclərimiz Allahını tanımırdı və koronavirus ona görə gəldi. İndi insanlar Allahını tanıyırlar. Demirəm ki, din dövləti quraq, gənclərimiz dinin fanatı olsun, xeyir. Amma dinimizə, Allahımıza inanmalıyıq. Bizi sovet dövründə Allahsızlaşdırdılar. O dövrə Allahsız dövləti deyirdilər. Xaçpərəstlər öz kilsələrinə gedib ibadət edirdilər, amma bizi məcsidə qoymurdular. Bütün məscidlərimizi dağıtdılar.

Bugünkü gənclərimiz safdır, düz yoldadır və bizdən qat-qat ağıllıdır. Demirəm hamısı, amma çox gəncimiz xalqını, dövlətini, dinini tanıyır. Mən gənclərimizin çoxundan razıyam. Amma bir çoxunun dinə inamsızlığı koronavirus kimi bəlanı başımıza gətirdi”,- deyə Rəşid Mahmudov Azərbaycanda koronavirusun yayılmasını insanların dinə inamsızlığı ilə əlaqələndirib.Modern.az