Aktual

Get tovuzquşu ilə danış” – Lavrovdan jurnalistə qarşı KOBUDLUQ

Get tovuzquşu ilə danış” – Lavrovdan jurnalistə qarşı KOBUDLUQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 13-də onun iştirakı ilə MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçirildiyi Tacikistanın paytaxtı Düşənbədə jurnalistlərə qarşı kobudluq edib.

Pravda.az-ın xəbərinə görə, görüşdən və S.Lavrovun mətbuat konfransından sonra “Current Time” telekanalının müxbiri hökumət iqamətgahı xiyabanı boyu heyəti ilə birgə hərəkət edən nazirə sual verməyə çalışıb. Lakin jurnalistin sual vermək cəhdinə ilk növbədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova reaksiya verib. Jurnalistin mətbuat konfrasında iştirak etmədiyini vurğulayan sözçü ona bildirib: “Siz gəlib iştirak edə bilərdiniz”.

Telekanal müxbiri isə tədbirə buraxılmadığını və bunun Mariya Zaxarovanın tapşırığı əsasında olduğunu qeyd edib. XİN-in sözçüsü cavab olaraq məsələdən bixəbər olduğunu söyləyib.

XİN başçısı Sergey Lavrov isə jurnalistə üz tutaraq “Get tovuzquşu ilə danış” deyib.

Telekanaldan bildirilib ki, MDB ölkələrinin xarici işlər nazirlərinin görüşü bağlı qapılar arxasında keçirilib və BBC-nin, “Azadlıq Radiosu”nun tacik xidmətinin və “Current Time”ın müxbirləri izahat verilmədən mətbuat konfransına buraxılmayıb.

Qeyd edək ki, Tacikistan hökumətinin iqamətgahı ərazisində tovuz quşları yaşayır və insident zamanı onların oxumalarının səsi gəlirdi.

Xatırladaq ki, bu, Rusiya xarici işlər nazirinin jurnalistlərə qarşı ilk kobudluğu deyil. Daha öncə o, media nümayəndələrini dəfələrlə “debil” adlandırıb.