Cəmiyyət

Gömrük Hospitalı fəaliyyətini nə vaxt bərpa edir? – AÇIQLAMA

Gömrük Hospitalı fəaliyyətini nə vaxt bərpa edir? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Gömrük Hospitalı sentyabrın 1-dən etibarən fəaliyyətini bərpa edərək gömrükçülərə və əhaliyə tibbi xidmət göstərməyə başlayır.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən 7times.az-a bildirilib ki, əhalinin sağlamlığının keşiyində duran Mərkəzi Gömrük Hospitalında tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir. Dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə təmin olunmuş hospitalda Azərbaycanın yüksək ixtisaslı mütəxəssisləri, ən tanınmış həkimləri çalışır. Hospitalın laboratoriya, təcili yardım və stasionar şöbələri 7/24 saat fəaliyyət göstərir. axar.az