Cəmiyyət

Gömrük Komitəsi 44 şəhid ailəsi üzvü və qazimizi işlə təmin edib – Fotolar

Gömrük Komitəsi 44 şəhid ailəsi üzvü və qazimizi işlə təmin edib – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 5-də Dövlət Gömrük Komitəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib.

7times“” xəbər verir ki, mərasimdə Komitə rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.

Öncə Vətən uğrunda canından keçən qəhrəman övladların – bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycanın dövlət himni səslənib. Sonra Vətən müharibəsinə həsr olunan videoçarx təqdim edilib.

Mərasimdə giriş nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev tarixi qələbəmizin birinci ildönümü ərəfəsində şəhid ailələri və qazilər ilə görüşün Komitənin kollektivi üçün böyük fəxr olduğunu bildirib.

Komitə sədri vurğulayıb ki, Vətənin dar günündə tərəddüd etmədən onun müdafiəsinə atılan və öz doğmalarını iftixarla cəbhəyə yola salan vətəndaşlar qürur mənbəyimizdir və yalnız onların sayəsində Azərbaycan xalqı bir daha tarixin çətin sınağından alnıaçıq, üzüağ çıxdı. Komitə sədri onu da qeyd edib ki, Vətən müharibəsinin ilk günlərindən gömrükçülər də istər arxa, istərsə də ön cəbhədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıblar. Minlərə gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına yazılıb, onlardan 60 nəfəri döyüşlərdə iştirak edib, bir nəfər gömrük əməkdaşı Ülvi Haciyev isə şəhidlik zirvəsinə yüksəlib.

Bildirilib ki, bu gün dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərimizin hərtərəfli qayğı ilə əhatə olunması, onların sosial-məişət problemlərinin həlli üçün bütün zəruri tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi də bu istiqamətdə 44 nəfər şəhid ailəsi üzvləri və qazilərimizin daimi işlə təmin olunması üçün addımlar atıb.

S. Mehdiyev gömrük xidmətinə qəbul olunan həmin şəxslərlə bir arada olmaq, çiyin-çiyinə çalışmağın böyük şərəf olduğunu deyib, onlara uğurlar arzulayıb.

Daha sonra S. Mehdiyev gömrük xidmətinə qəbul olunan şəhid ailəsi üzvü və qazilərə rütbə və vəsiqələr təqdim edib.//Qafqazinfo