Ölkə

Gömrük Komitəsinin binası hansı pulla tikilir?

Gömrük Komitəsinin binası hansı pulla tikilir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin binası büdcədənkənar fond hesabına maliyyələşdiriləcək. Fondun təməli Ulu öndər tərəfindən qoyulub.

7times.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib:

“Son dövrlərdə layihələrin əksəriyyəti büdcədənkənar fond hesabına həyata keçirilib. Xərclər isə heç zaman gizlədilməyib. Fondda 8-10 milyon manata kimi ümumi xərclər olur. Bu xərclər satınalma və tikinti normaları hesabına Maliyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir. Vəsaitimiz çatdıqda bir neçə ilə prosesi həyata keçirəcəyik”.