Cəmiyyət

Goranboyda yas mərasimi başlamadan bitdi

Goranboyda yas mərasimi başlamadan bitdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7times.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.