Manşet

Gorus-Qafan yolunda iki erməni itib

Gorus-Qafan yolunda iki erməni itibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Kotayk vilayətinin iki sakini Gorus-Qafan yolunda itkin düşüb.

7times.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün facebook səhifəsində məlumat yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu məlumatı təsdiqləyib. Qurumdan həmin ermənilərin Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində yoxa çıxdığı bildirilib.

Ermənilərin dünən axşam saatlarında itdiyi iddia olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birgə itən ermənilərin tapılması üçün hərəkətə keçib.  Yenisabah.az