Cəmiyyət

Göygöldəki qəzada 8 yaşlı qız öldü

Göygöldəki qəzada 8 yaşlı qız öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi 8 yaşlı qız ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Hadisə yanvarın 18-də saat 19 radələrində Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Opel Vectra” markalı minik maşını toqquşub. Nəticədə minik maşınında olan 8 yaşlı Ləman Salmanova hadisə yerində ölüb.

Qeyd edək ki, qəzada həmçinin 54 yaşlı Tamaşa Məhərrəmova və 32 yaşlı Səmiyyə Salmanova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

7Times.az