Sosial

Şabran rayonun bazarı bərbad   VƏZİYYƏTDƏ

Şabran rayonun bazarı bərbad  VƏZİYYƏTDƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonun bazarı bərbad vəziyyətə düşüb və buranın mövcud durumu rayonun görkəminə xələl gətirir.

Sakinlər bildiriblər ki, uzun müddətdir rayonun bazarı yararsız hala düşüb.

Elə məhz buna görə də əməkdaşımız həmin əraziyə yollanıb və bazarın vəziyyəti ilə yaxından tanış olub.

Məlum olub ki, böyük bir ərazini əhatə edən bazarda səliqəsizlik, antisanitariya və natəmizlik baş alıb gedir.

Kənd təsərrüfatı məhsulları ayaq altında, tozun-torpağın içərisində satışa çıxarılır. Bəzi məhsullar isə çirkli piştaxtaların üzərində alıcılara təqdim olunur.

Həm satıcılar, həm də alıcılar söyləyir ki, bazarda yayda toz-torpaq, qışda isə palçıq əlindən hərəkət etmək əsl müşkülə çevrilir.

Onların sözlərinə və görüb şahidi olduğumuz bazarda hökm sürən antisanitariya şəraiti və ətrafa yayılan üfunət qoxusu müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Sakinlər vurğulayıb ki, şabran bazarına demək olar ki, şabranın bütün kəndlərindən satıcılar, həm də alıcılar üz tuturlar.

Sakinlər bildirir ki, bazar uzun illərdir mövcud şəraitdə fəaliyyət göstərir və 1-2 manat civarında rüsum ödəməklə hər kəs burada öz məhsullarını satışa çıxara bilir.

Satıcılar hesab edir ki, bazar rəhbərliyinə ödənilən pullar ərazinin abadlaşdırılması üçün kifayət etmir.

Satıçılar bazarda suyun və ayaqyolunun olmamasından şikayətlənirlər.

Sonda bizə müsahibə veren sahibkar Vidadi Behbudov bildirdi ki, bazarın qarşısı, bazarın içi bazara aid deyil.

Bizə heç bir aidiyyatı yokdur.Bazardan kənarda olan satışa göre bazar rəhbərliyi heç bir məsuliyyət daşımır.

İnşallah buna rəsmi qurumlar baxar tez bir zamanda bazarda abadlıq işləri aparılar.

7Times.az