Maraqlı

Gülün ki, sağlam olasınız! MARAQLI FAKTLAR

Gülün ki, sağlam olasınız! MARAQLI FAKTLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox ölkələrdə 1 aprel gülüş günü kimi qeyd olunur.

Saglamolun.az bildirir ki, alimlər gülməklə bağlı bir çox maraqlı araşdırmalar aparıblar və belə nəticəyə gəliblər ki, gülmək insan sağlamlığına çox müsbət təsir edir.

Gülmək zamanı qanda stress hormonları olan adrenalin və kortizonun səviyyəsi düşür, xoşbəxtlik hormonların (endorfinlər) səviyyəsi isə qalxır. Nəticədə stress və gərginlik azalır. Sübut olunub ki, xroniki stress və gərginlik bir çox pozulmaların inkişafına səbəb olur.

Daim gərgin vəziyyətdə olan insanın daxili orqanlarında da gərginlik artır ki, bu da mədə-bağırsaq, ürək-damar, sinir sistemlərində problemlərə səbəb olur. Belə ki, gərgin vəziyyətdə olan insanın bağırsaqları pis işləyir ki, nəticədə insanda qəbizlik inkişaf edə bilər. Xroniki stress qan damarların spazmına (sıxılma) səbəb olur. Nəticədə qan pis dövr edir, damarlarda iltihablar yaranır, damarların daxili divarlarında xolesterin daha tez yığılır.

Məhz bu səbəbdən həkimlər ürək xəstəliklərindən əziyyət çəkən insanlara stresdən uzaq olmağı, daha çox gülməyi tövsiyə edirlər.

Alimlərin müşahidələrinə görə şən, gülərüz insanlar daha az xəstələnir və daha tez sağalır. Məsələ burasındadır ki, gülmək immun sisteminə çox müsbət təsir edir. Alimlərin müşahidələrinə görə, gülmək zamanı qanda immun hüceyrələrin sayı artır.

Gülmək hətta ağrısızlaşdırıcı təsirə malikdir. Amerika onkoloqları maraqlı eksperiment aparıblar. Həkimlər bir qrup pasiyentlərə komediyaları, gülməli verlişləri və şouları baxmağı tövsiyə edirdilər. Nəticədə bu pasiyentlər ağrılardan daha az əziyyət çəkirdi, onlara daha az ağrısızlaşdırıcı dərmanlar tələb olunurdu.

Həkimlər spazm nəticəsində yaranan baş ağrısını… gülməklə müalicə etməyi tövsiyə edirlər. Başınız ağrıyırsa, komediyaya baxın. Bir müddətdən sonra siz baş ağrısınız azalmasını hiss edəcəksiniz.

Endokrinoloqlar qeyd edirlər ki, onların şən, güləyən pasiyentlərində qanda şəkərin səviyyəsi daha asan tənzimlənir və xəstəlik daha yüngül keçir.

Gülmək zamanı yuxarı tənəffüs orqanları təmizlənir, orqanizm daha çox oksigen alır, qan dövranı yaxşılaşır.

İsveç alimləri komik və tragik teatr aktyorlarının həyatını müqayisə ediblər. Məlum olub ki, komik aktyorlar tragik aktyorlarla müqayisədə daha az xəstələnir və daha çox yaşayırlar.