Qoç – gün yetərincə uğursuz alına bilər. Yaşanacaq olayların əvvəlcədən ehtimal olunması sizi üzəcək. Prinsipial olaraq yeni, yaşanmamış hisslər istəyirsiniz. Amma nə etmək gərəkdiyini bilmirsiniz. Hansısa dəyişikliklərə təşəbbüs uğursuzluqla sonuclanacaq. Nəticələr gözlədiyinizdən də pis olacaq.Günün ikinci yarısı ünsiyyət baxımından çox çətindir. Kiminsə sizi anlamaq istəməməyini qulaqardına vurmayın. Həmin adamın sizə qarşı məkrli planı ola bilər.Axşam saatlarına yaxın güclü başağrısı istisna deyil.
Buğa – günün ilk yarısında hadisələrin məcrasına xüsusi diqqət yetirin. Məhz bu zaman sonrakı saatların axarını müəyyənləşdirəcək. İlk baxışdan kiçik, önəmsiz təsir bağışlayan hadisələrin ciddi fəsadları ola bilər.Günün ikinci yarısında ətrafınızdakı şəxslərlə mübahisə, qarşıdurma istisna deyil. Ən cüzi qıcıq mənbəyinə sərt reaksiya verməyin.Ciddi və dərin hisslər yarana bilər. Yaşamınızda önəmli dəyişikliklər, prioritet və orientirlərin yenilənməsi istisna deyil.Hissləriniz, istəklərinizdən qorxmayın. Niyyətlərinizdən birini gerçəkləşdirməyə çalışın.
Əkizlər – yaradıcı yanaşma, qeyri-standart çözüm tələb edən işlə məşğul olun. Belə işlər çox olmadığından günün əksər hissəsini darıxdırıcı, rutin işləri görmək zərurəti hiss olunacaq. Sizə kömək etmək istəyən insan olmayacaq. Diqqətli, sayıq olun. Ciddi səhvlərə yol verməməyə çalışın.Axşam saatlarına yaxın yorulacaqsınız.Maliyyə fonu uğurludur. Yaxşı gəlir əldə edə bilərsiniz. Ciddi problemlərlə üzləşmiş insanlara yardım edin. Kiçik, səthi çətinlikləri olan fərdlərin davranışları sizi qıcıqlandıracaq.
Xərçəng – uğurun sirri düşünülmüş addımlarda, təmkinli davranışdadır. Bu prinsip xoşunuza gəlməyə də bilər. Lakin problemlərlə qarşılaşmamaq, ciddi səhvlərə yol verməmək istəyirsinizsə soyuqqanlı olun. Bədxərclik etməyin, məntiqsiz şəkildə pul xərcləməyin.Yalnız ən zəruri səfərlərlə kifayətlənin.Günün ikinci yarısında istək və hisslərinizi etiraf etmək, yaxınlarınızla dərdləşmək olar. Heç gözləmədiyiniz yerdən yardım almağınız, bel bağlamadığınız adamdan anlaqlı davranış görməyiniz istisna deyil.
Şir – münaqişələrə qatılmamağa çalışın. Mübahisə yaranarsa, sülhü bərpa etmək, münasibətləri normal məcraya qaytarmaq çətinləşəcək. Səbirsiz, yaxın ətrafınızdakı insanlara həddən ziyadə tələbkar olmayın. Başqalarının zəiflik və nöqsanlarını yolverilməz dərəcədə sərt tənqid etməyin.Dəyər verdiyiniz insanla münasibətləri korlamaq istəmirsinizsə, bir qədər yumşaq olun.Günün ikinci yarısında liderlik məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Ailədə, həmfikir və dostların yanında səmimi olun. Bəziləri bunu bəyənməsə də, kimsə sizinlə mübarizə etmək istəməyəcək.
Qız – gün pozitiv başlanacaq. Günün ilk yarısında önəmli uğurlara nail ola bilərsiniz. Lakin saatlar keçdikcə vəziyyət qəlizləşəcək. Nüfuzlu insanlarla fikir ayrılğının yaranması istisna deyil. Vaxtında susmağı bacarın. Nə düşündüyünüzü yadlar bilməməlidir.Diplomat olun.Günün ikinci yarısında işlər çox olsa da, problemlərin öhdəsindən gələcəksiniz. Çoxdan bəri sizi narahat edən problemləri çözmək şansı var.Axşam saatlarında çətin situsiyadan çıxış yolu tapacaqsınız.
Tərəzi – peşəkar fəaliyyət baxımından münasib gün deyil. İşlər çətinliklə irəliləyir, diqqət yayınır. Kiçik səhvlər və yanlışlıqlar çoxdur. Cüzi problemlər sizə başladığınız işi bitirməyə mane olmamalıdır. İşinizi yoxlayacaq, səhvlərinizi düzəldəcək insan yanınızda olsa, pis olmaz.Günün ikinci yarısı qeyri-formal ünsiyyət, dostlarla görüş, romantik təmaslar, dəvət aldığınız yerə yollanmaq üçün əlverişlidir.Diqqət mərkəzində olacaqsınız və bu, xoşunuza gələcək. Etiraflar istisna deyil.
Əqrəb – yanınızdakı insanlar işlərinizə qarışır və bu, sizi qıcıqlandırır. Onlardan sizi müstəqil qoymalarını, əl çəkmələrini istəsəniz də, bir nəticə hasil olmur. İntriqa və manipulyasiyalara hədəfsiniz. Sayıq, sərvaxt olun. Əsla istəmədiyiniz işləri görməli olacaqsınız. Yanınızdakı şəxslərdən biri ilə münaqişə istisna deyil.Problemlərin səbəb və mənşəyini anlamağa çalışın.Günün ikinci yarısında həddən artıq diqqət, yaxşı reaksiya tələb edən işlərlə məşğul olmayın. Diqqətsiz, səliqəsiz davranış travma ilə sonuclana bilər.Axşam saatlarında yaşam ritmini bir qədər azaldın.
Oxatan – məntiqli, təmkinli və ehtiyatlı olsanız, gün pis alınmayacaq. Diqqətli davranın. Emosiyaların təsiri altına düşməyin. Hisslərin burulğanında ciddi səhvlərə yol verə bilərsiniz.Evdə və işdə xoşagəlməz anlar yaşaya bilərsiniz. Planlaşdırılmamış xərclər ola bilər.Günün ikinci yarısında dostlarla, ən yaxın saydığınız insanlarla münasibətlərə xələl gətirməyin. Dəyər verdiyiniz insanla da dil tapmaq çətinləşir.Sevdiyiniz insanla təmaslarda harmoniyanı pozmayın.Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Oğlaq – günün maraqlı və xoş hadisələrlə zəngin olmasını istəyirsiniz. Fəqət fövqəladə dərəcədə maraqlı olay gözləməyin. Hadisələr adi məcrasında, rutin şəkildə inkişaf edəcəklər. Olayların istiqamətini dəyişmək fikrinə düşməyin. Belə səylər yaxşı heç nə vəd etmir.Günün ikinci yarısında ev işləri, təmir, yaşam arealının qaydaya salınmasını reallaşdırmaq olar. Alış-verişdə bədxərclik etməyin.Axşam saatlarında qəfil dəvət alacaqsınız. Görüş və ya tədbir romantik olmayacaq.
Dolça – günün ilk yarısında əhvalınız pozula bilər. Kiçik və xırda məsələlərə görə qıcıqlanmayın, sinirlənməyin. Narahat olmayın, təlaşa qapılmayın. Əndişə üçün ciddi səbəb yoxdur. Sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər. Yeni tanışlıqlar üçün yaxşı vaxt deyil.Günün ikinci yarısında situasiyada köklü dəyişikliklər olacaq. Başladığınız işləri bitirin. Ciddi səylər göstərmədən uğur qazana bilərsiniz. Alış-veriş, yaşam arealının qaydaya salınması üçün münasib zamandır. Axşam saatlarında qonaq qəbul etmək olar.Evdə darıxan olmaycaq.
Balıqlar – günün ilk yarısında səliqəli, xırdalıqlara və detallara diqqətli, hesablarda səlis olun. Həmfikir və müttəfiq tapsanız, mühüm məsələləri, problemləri həll edə bilərsiniz. Uzaqdakı tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi, nüfuzlu şəxslərlə görüş və müzakirələr üçün əlverişli gündür. Əks cins mənsubu ilə təmaslarda sayıq olun.Günün ikinci yarısında ətrafınızdakı insanlara qarşı iradlar irəli sürməyin. Zəiflik və nöqsanlarınızla barışmayın. Belə davransanız, dostlarla münasibətlər korlanacaq, qarşılıqlı umu-küsü yaranacaq.
Follow @7timesaz