Sosial şəbəkələrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin azyaşlı oğlu ilə əyləncə mərkəzlərindən birində çəkilən görüntüsü yayılıb.
Ölkə.Az xəbər verir ki, görüntülərdə QMİ rəsmisinin övladı ilə “toqquşan maşınlar” atraksionuna minməsi öz əksini tapıb.
Din xadiminin səmimi halı insanlar tərəfindən maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik: