Cəmiyyət

Hacıqabulda toya artıq adam çağıranlar cəzalandı

Hacıqabulda toya artıq adam çağıranlar cəzalandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yerləşən “Şahsaray” şadlıq sarayında karantin rejimi qaydalarının pozulması müəyyən edilib.

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, obyektin icarədarı T.Əliyev təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə icazə verilən saydan artıq qonağın iştirak etməsini təşkil edib.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.